"Mançester Yunayted" Erik Ten Haqla bağlı qərar verdi

«Mançester Yunayted» klubu Erik Ten Haqla bağlı qərar verib.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, mançesterlilər niderlandlı mütəxəssisə yeni müqavilə təklif edəcəklər.

Qeyd edək ki, "Liverpul"a böyük hesablı məğlubiyyətdən (0-7) sonra "kürsüsü laxlayan" baş məşqçinin mövsümün sonunda istefaya göndəriləcəyi haqda xəbərlər dolaşırdı.