"Mançester Yunayted" fransalı futbolçunun xidmətində maraqlıdır
"Bavariya"nın fransalı futbolçusu Matyas Tel klubdan ayrılacaq.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" M.Teli icarə əsasında heyətinə qatmaq istəyir.
19 yaşlı futbolçu "Mançester Yunayted"dən gələn təklifə müsbət yanaşır.
Qeyd edək ki, "Tottenhem"də Matyas Tellə yaxından maraqlanır.
O cari mövsüm çıxış etdiyi 14 matçda 1 asistlə yadda qalıb.
Matyas Telin "Bavariya" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 30 milyon avro olaraq qiymətləndirilir.