"Mançester Yunayted" qalmaqallı futbolçunu geri qaytardı
"Mançester Yunayted" "Xetafe"yə icarəyə verdiyi Meyson Qrinvudu geri çağırıb.
Sportline.az xəbər verir ki, bu haqda İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı hücumçu 2023/2024 mövsümündə "Xetafe"nin formasını geyinirdi.
İngiltərəli futbolçunun "Yuventus", "Latsio", "Valensiya", "Marsel" və "Fənərbağça"nın maraq dairəsində olduğu bildirilir.
Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm keçirdiyi 36 oyunda 10 qol və 6 asistlə yadda qalıb.
Onun 2025-ci ilin yayınadək "Mançester Yunayted"lə müqaviləsi var.
Forvardın transfer dəyəri 25 milyon avrodur.