"Mançester Yunayted" qapıçı axtarışındadır

"Mançester Yunayted" klubu yanvar ayında yeni qapıçı transfer edəcək.

Sportline.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Andre Onananın çıxışından narazıdır. "Daily Express" nəşrinin yaydığı məlumata əsasən, "Botafoqo"nun brazilyalı qapıçısı Con Viktor yanvar ayında "Mançester Yunayted"ə transfer olacaq.

"Mançester Yunayted" bu keçid üçün "Botafoqo"ya 10 milyon avro ödəyəcək.

Qeyd edək ki, Con Viktorun "Botafoqo" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

28 yaşlı "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.