"Mançester Yunayted" Ten Haq ilə yeni müqavilə imzalayıb
"Mançester Yunayted" baş məşqçisi Erik ten Haqla müqaviləni uzatmağa yaxındır.
Sportline.az xəbər verir ki, tərəflər arasında müqavilə 2027-ci ilə qədər imzalanacaq.
Jurnalist Fabritsio Romanonun sözlərinə görə, İngiltərə klubu mütəxəssislə razılıq əldə edib. Danışıqlar son mərhələdədir. "Mançester Yunayted" bu həftə Erik ten Haqın agenti ilə görüşüb.
Xəbərdə bildirilir ki, 54 yaşlı mütəxəssis Niderland millisinin sabiq hücumçusu Rud van Nisterloyu məşqçilər korpusuna dəvət edə bilər.
Qeyd edək ki, "Mankunyanlar" ötən mövsümü İngiltərə Premyer Liqasının 8-ci pilləsində tamamlayıb.Komanda növbəti mövsüm UEFA Avropa Liqasında çıxış edəcək.