"Mançester Yunayted" ulduz futbolçusunu satacaq

"Mançester Yunayted" ingiltərəli futbolçusu Markus Reşfordla yollarını ayırmağa hazırlaşır.

Sportlinea.z insayder Mayk Keeganın məlumatına istinadən xəbər verir ki, Reşford mövsümün sonunda satılacaq. Rəhbərlik Markus üçün 60 milyon avro tələb edir.

Təcrübəli futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, M..Reşford bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.