"Mançester Yunayted" və "Bavariya" transfer yarışına girib
"Çelsi" fransalı futbolçusu Kristofer Nkunku ilə yollarını ayırmağa hazırlaşır.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Bavariya" Nkunkunun xidmətində maraqlıdır.
London klubu 27 yaşlı futbolçu üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.
Qeyd edək ki, Nkunku 2023-cü ilin yayında "Leipziq"dən 60 milyon avro qarşılığında "Çelsi"yə transfer olunub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 oyunda 13 qol və 4 asistlə yadda qalıb.