"Mançester Yunayted"in baş məşqçi postuna yeni namizəd

"Mançester Yunayted"in baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb.

Sportline.az xəbər verir ki, Erik Ten Haqın mümkün gedişindən sonra bu vəzifənin Massimo Aleqriyə həvalə olunacağı bildirilir.

Bu haqda nüfuzlu La Gazzetta dello Sport nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, onun namizədliyi klubun əfsanəsi ser Aleks Ferqyusson tərəfindən dəstəklənir.

Qeyd edək ki, Alleqri ilə yanaşı digər italiyalı mütəxəssis Simone İnzagi də "Mançester Yunayted"in baş məşqçiliyinə namizədlər sırasındadır.