"Mançester Yunayted"in futbolçusu Yunanıstan klubunda

"Panatinaikos" "Mançester Yunayted"in gənc futbolçusu Fakundo Pellistrini heyətinə qatıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bu transfer Afina klubuna 6 milyon avroya başa gəlib. 22 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

Mançester klubu Pellistrinin növbəti satışından 45% qazanc əldə edəcək.

Qeyd edək ki, 2020-ci ildə İngiltərə klubuna transfer olunan uruqvaylı futbolçu daha sonra icarə əsasında "Qranada" və "Alaves"də çıxış edib.