"Mançester Yunayted"in gözü "Barselona"nın futbolçusuna düşüb
"Barselona"nın braziliyalı vingeri Rafinya mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, hazırda çətin dövr keçirən "Mançester Yunayted" futbolçuya maraq göstərir.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim inanır ki, Rafinya komandanı yenidən zirvəyə qaldıra biləcək əsas oyunçulardan biri ola bilər.
“Yunayted” artıq Kataloniya təmsilçisi üçün 70 milyon avroluq təklif hazırlayıb. Mançester klubunun Rafinyanı heyətinə qatmaq yolundakı əsas rəqibi isə "Liverpul"dur.