"Mançester Yunayted"in yeni baş məşqçisi açıqlandı

"Mançester Yunayted" klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, komanda Ralf Ranqnikə tapşırılıb.

63 yaşlı almaniyalı mütəxəssis  Ule Qunnar Sulşeri əvəzləyib. Onunla işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb. Bu dövr bitdikdən sonra tərəflər Ranqnikin daha il məsləhətçi kimi fəaliyyət göstərməsinə razılaşıblar.

Qeyd edək ki, Ralf Ranqnik son olaraq Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.