"Mançester Yunayted"in yeni hədəfi

“Mançester Yunayted” “Bornmut”da çıxış edən Antuan Semenyonu heyətinə qatmaq üçün futbolçunun klubu ilə danışıqlara başlayıb.

Sportline.az "Africa Foot"a istinadən xəbər verir ki, "Qırmızı şeytanlar" 40 milyon avroluq transfer təklif etsə də, "Bornmut" qanalı hücumçu üçün 50 milyon avro istəyir.

Qeyd edək ki, 25 yaşlı Semenyo 2023-cü ildən "Bornmut"da çıxış edir, bu müddətdə 72 oyuna 16 qol vurub.