"Mançester Yunayted"in yeni hədəfi bəlli olub

"Barselona"nın ispaniyalı futbolçusu Alexandro Balde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Baldeni transfer etmək üçün hərəkətə keçib.

İngiltərə klubu mövsümün sonunda 21 yaşlı müdafiəçi üçün "Barselona"ya rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Kataloniya klubu Balde üçün qarşı tərəfdən 70 milyon avro tələb edir.

O bu mövsüm çıxış etdiyi 38 matçda 1 qol və 8 məhsuldar ötürmə müəllifi olub.