Mane Avropaya dönə bilər

"Əl-Nəssr"in hücumçusu Sadio Mane Avropaya qayıda bilər.

Sportline.az Fotomac-a istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ilə "Beşiktaş" maraqlanır. Türkiyə klubu seneqallı futbolçunu yay transfer pəncərəsi bağlanana qədər (sentyabrın 14-nə keçən gecə) heyətinə qatmaq istəyib. Lakin bu müddət ərzində transferi alınmayan Mane qışda "ağ-qaralar"ın yolunu tuta bilər.

Manenin hazırki klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Qeyd edək ki, Mane 2023-cü ilin yayında Ərəbistanı klubunda çıxış edir. O, bu mövsüm 5 oyunda 2 asistlə yadda qalıb.