Maqnus Karlsen Şəmkirdə bombardir oldu
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. SportLine.az xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı yarışda həmçinin ShamkirChess 2018 superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. Final oyununda Azərbaycan və heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş "Dünya yığma"sının 2-1 hesablı qələbəsiylə yekunlaşıb. Maraqlıdır ki, "Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub.
Sonda qalib komanda kubokla mükafatlandırılıb.
ShamkirChess2018 turnirinin mətbuat xidmət