Maradona ilə vida mərasimi keçiriləcək

Bu gün dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona ilə vida mərasimi keçiriləcək.

Sportline.az xəbər verir ki, tədbir Maradonanın vətəni Argentinadakı Kasa Rosada prezident sarayında olacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Vidalaşmaq istəyənlərin qəbulu mərhum futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşdığı qeyd olunub.

Xatırladaq ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.