Mariya Stadnik finalda
Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. SportLine.az xəbər verir ki, yarışın ilk günündə 3 güləşçimiz xalça üzərinə çıxıb.
Qadınların mübarizəsində Mariya Stadnikin uğurlu çıxışına ümid bəslənilirdi. Yarışa inamla başlayan dünya və avropa çempionumuz fəxri kürsünün ən yüksək pilləsionə qalxmağa yaxındır. Finaladək bütün rəqiblərinə qalib gələn Stadnik bu dəqiqələrdə həlledici qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.