Marko Veşoviçdən maraqlı açıqlama
Antalyada "Səbail"in "Legiya" ilə yoxlama oyununu (2:2) izləyənlər arasında "Qarabağ"ın müdafiəçisi Marko Veşoviç də olub.
Sportline.az xəbər verir ki, monteneqrolu futbolçu görüşdən sonra Polşa mətbuatına açıqlama verib. "Legiya"nın keçmiş oyunçusu "Səbail"i ölkəmizin ən zəif komandası adlandırıb:
"Səbail" Premyer Liqanın ən zəif komandasıdır. Çempionatda ilk üç sırada olan komandaların yaxşı pulu var".
Qeyd edək ki, 2021-ci ildən "Qarabağ"da çıxış edən Marko Veşoviç 2018-2021-ci illərdə "Legiya"nın formasını geyinib.