Maşallah Əhmədov dələduzluqda ittiham olunur

Azərbaycanın məşhur veteran futbolçusu Maşallah Əhmədov saxlanılıb.
 
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, M.Əhmədov dələduzluqda təqsirləndirilir. 

Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.
 
Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
 
M.Əhmədovun saxlanması barədə ilk xəbəri “Bizimyol.info” saytı yayıb. Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.  O, 72 min manatlıq dələduzluqda ittiham olunur.