Mata: "Runi qələbəyə iddialıdır"

Xuan Mata İngiltərə ilə keçiriləcək yoldaşlıq oyunu ərəfəsində Ueyn Runinin iddialı danışdığını bildirib. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu "Mançester Yunayted"də komanda yoldaşı olan Runi ilə söhbətləşdiyini deyib: "Runi mənə mesaj yazıb. Oyuna hazır olduqlarını və bizi udacaqlarını deyib".

İspaniyanı çətin oyunun gözlədiyini qeyd edən Mata, "Bizim videolarımıza baxdıqlarından və hər bir futbolçumuzu ayrı-ayrılıqda analiz etdiklərindən xəbərim var", - deyib.