Matiç bu kluba transfer ola bilər

"Lion"un serbiyalı futbolçusu Nemanya Matiç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, "Napoli" Matiçin xidmətində maraqlıdır. İtaliya klubunun rəhbərliyi bu keçidi yanvar ayında reallaşdırmaq istəyir.

Matiçin "Lion"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Matiç karyerası ərzində "Çelsi", "Vites", "Benfika", "Mançester Yunayted", "Roma" və "Renn" kimi klubların şərəfini qoruyub.