Xavinin Qətərdə 7-ci titulu

Qətərin "Əl-Sədd" klubu növbəti kubokunu qazanıb.

Sportline.az xəbər verir ki,  Xavi Ernandes çalışdırdığı komanda Qətər Əmiri Kuboku uğrunda görüşdə “Əl-Rayyan”ı məğlub edib.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan “Əl-Sədd” (5:4) kuboku əldə edib. Bu, Xavinin baş məşqçi kimi 7-ci tituludur. Buna qədər “Əl-Sədd” Xavinin rəhbərliyi altında iki dəfə Qətər Vəliəhdi Kubokunu, iki dəfə Qətər çempionluğunu, bir dəfə Şeyx Yassim Kubokunu, bir dəfə də Qətər Ulduzları Kubokunu qazanıb.

Qeyd edək ki, "Barselona"nın və İspaniya millisinin sabiq üzvü 2019-cu ildən "Əl-Sədd"i çalışdırır. Kataloniya klubunun  hazırkı baş məşqçi Ronald Kumanı Xavi ilə əvəzləyəcəyi haqda xəbərlər artmaqdadır.