Azərbaycan millisinin üzvü Rusiya klubunda
Futzal üzrə Azərbaycan millisinin hücumçusu Rafael Vilela "Tümen"ə qayıdıb.
Sportline.az xəbər verir ki, braziliyalı oyunçu bir illik "Kayrat"da icarəyə verilmişdi. Amma forvard vaxtından əvvəl Rusiyaya dönüb.
Buna səbəb isə "Kayrat"ın Çempionlar Liqasında "dördlər finalı"na qala bilməməsidir. Qazaxlar bunu bacarmadığına görə, Rusiya klubu "Kayrat"la danışıq aparaq 29 yaşlı futbolçusunu geri qaytarmağa nail olub.