Mbappe karyerasının ən sürətli qolunu vurub

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe ölkə çempionatının XIV turunda, "Nant" klubu ilə görüşdə karyerasında ən sürətli qolu vurub.

Sportline.az xəbər verir ki, bu barədə "OptaJean" məlumat yayıb.

Fransalı matç başlayandan 1 dəqiqə 41 saniyə sonra fərqlənməyi bacarıb.

Mbappe "Liqa 1"in bu mövsümündə 13 oyunda iştirak edib və 8 qol vurub. O, 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. Mbappes komandanın heyətində üçqat Fransa çempionu (2017/18, 2018/19, 2019/20), iki dəfə Liqa Kubokunun (2017/18, 2019/20) və Super Liqanın qalibi olub. Hücumçu həmçinin ölkə kubokunun (2019, 2020) qalibidir.

Qeyd edək ki, fransalı hazırda dünyanın ən bahalı futbolçusudur: - 160 milyon avro.