Mbappe Messi və Ronaldodan irəlidədir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin 3-cü onilliyində ən çox qol vuran futbolçuların siyahısını hazırlayıb.
Sportline.az qurumun saytına istinadən məlumatına görə, ilk pillədə Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappedir - 120 qol.
Robert Levandovski (Polşa, "Barselona") 2-ci, Erlinq Haaland (Norveç, "Mançester Siti") isə 3-cüdür.
Siyahı belədir:
1. Kilian Mbappe (Fransa, PSJ) - 120 qol
2. Robert Levandovski (Polşa, "Barselona) - 118 qol
3. Erlinq Haaland (Norveç, "Mançester Siti") - 110 qol
4. Kərim Benzema (Fransa, "Real") - 91 qol
5. Harri Keyn (İngiltərə, "Tottenhem") - 90 qol
6. Lionel Messi (Argentina, PSJ) - 88 qol
7. Qabriel Barbosa (Braziliya, "Flamenqo") - 83 qol
8. Mixael Olunqa (Keniya, "Jirona") - 80 qol
9. Kriştiano Ronaldo (Portuqaliya, "Əl-Nəsr") - 76 qol
10. Məhəmməd Salah (Misir, "Liverpul") - 76 qol