Mbappe Polşa ilə oyunda iştirak edə bilər

Hücumçu Kilyan Mbappe 2024-cü il Avropa Çempionatının qrup mərhələsinin üçüncü turunda Polşaya qarşı oyunda Fransa millisinə kömək edə biləcək. 

Sportline.az RMC Sporta istinadla xəbər verir ki, futbolçu qoruyucu maska ilə çıxış edəcək.

Daha əvvəl Mbappe üçün Fransa bayrağının rənglərinə boyanmış qoruyucu maska ​​hazırlanmışdı, lakin UEFA reqlamenti futbolçulara yalnız bir rəngli maskada oynamağa icazə verdiyi üçün həmin maskadan istifadə qadağan edilmişdi . Mbappe Polşa ilə oyuna yalnız qara maska ilə çıxa biləcək.

Xatırladaq ki, AVRO 2024-ün qrup mərhələsinin Avstriya ilə ilk oyununda (1:0) Mbappenin burnu sınıb. Futbolçu Niderland ilə ikinci tur görüşünü buraxıb.

Qeyd edək ki, Fransa-Polşa qarşılaşması iyunun 25-də keçiriləcək.