Mbappe: "Real Madrid" məni transfer elədiyinə görə heç vaxt peşman olmayacaq"

"Real Madrid"in fransalı ulduz futbolçusu Kilian Mbappe jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki. Mbappe müsahibəsində bu fikirləri səsləndirib;

"Real Madrid" məni transfer elədiyinə görə heç vaxt peşman olmayacaq. 2025-ci ildə kuboklar qazanacam. Bu klubun tarixinin bir parçası olacam. 5 aydır buradayam. Artıq 2 kubok qazanmışam. Hədəfim La Liqa və Çempionlar Liqasını qazanmaqdır", - deyə Mbappe bildirib.

Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 14 qol və 4 asistlə yadda qalıb.