Mbappenin 300-cü matçı

DÇ-2022-nin seçmə mərhələsində Finlandiya ilə matç Fransa millisinin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, 22 yaşlı hücumçu karyerasında 300-cü oyununu keçirib.

Həmçinin o, görüşdə fərqlənməyi də bacarıb. Bununla da Mbappe karyerası ərzində 190 qola imza atıb. Onun hesabında 93 qol ötürməsi var.

Qeyd edək ki, Mbappe karyerası ərzində “Monako”, PSJ və Fransa millisində oynayıb.