Mbappenin dublu "Real Madrid"ə qələbə qazandırdı
İspaniya La Liqasında 29-cu turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, son çempion "Real Madrid" "Santiaqo Bernabeu"da "Leqanes"lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
"Real Madrid" 3:2 "Leqanes"
Qollar: Kilian Mbappe, 32 (pen), 76, Cud Bellingem, 47, Dieqo Qarsia, 33, Daniel Raba, 41
Qeyd edək ki, "Real Madrid" 63 xalla 2-ci pillədə yer alır. "Leqanes" 27 xalla 18-ci pillədə qərarlaşıb.