Məhəmməd Əli vəfat etdi

Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib. SportLine.az xəbər verir ki, o, ABŞ-da, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Məhəmməd Əli uzun müddət idi ki, tənəffüs yollarının problemindən əziyyət çəkirdi.

Qeyd edək ki, əsl adı Kassius Kley olan boksçu 1942-ci ildə dünyaya gəlib. 1964-cü ildə İslam dinini qəbul etdikdən sonra Məhəmməd Əli adını götürüb. 1964-1974, 1978-ci illərdə ağır çəki dərəcəsində dünya çempionu olan Məhəmməd Əli karyerası ərzində rinqə çıxdığı 61 görüşün 56-ında qalib gəlib.