Məhkəmə Maşallah Əhmədova vaxt verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SportLine.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədovun vəkili çıxış edərək bildirib ki, artıq dəymiş zərərin ödənilməsi ilə bağlı işlər görülür.
Vəkil bu səbəbdən məhkəmə iclasının hələlik təxirə salınması haqqında vəsatət qaldırıb.
Məhkəmə dəymiş ziyanı ödəmək üçün Maşallah Əhmədova vaxt verib.
Məhkəmə prosesi noyabrın 25-də davam etdiriləcək
Qeyd edək ki, bugünkü prosesdə dövlət ittihamçısı çıxış edərək Maşallah Əhmədova cəza istəyəcəkdi.