Məhkəmə Messi haqqında həbs qərarı verdi
Vergidən yayındığı üçün istintaqa cəlb olunan Lionel Messi və atası Xorxe Messiyə hökm oxunub. SportLine.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı xəbər yayıb.
Məlumatda "Barselona"lı ulduz və atasının 4.1 milyon avro məbləğində vergidən yayındığı təstiqləndiyi qeyd olunub. İspaniya Məhkəməsinin qərarına əsasən, həm Messi, həm də atası barədə 21 aylıq həbs qərarı verilib. Ancaq onlar dəmir barmaqlıqlar arasına düşməyəcəklər. Çünki İspaniya qanunvericiliyinə əsasən, cəza müddəti 2 ildən az olarsa, şəxslər həbs edilmirlər. Məhkəmə Messini 2, atasını isə 1.5 milyon avro məbləğində cərimələyib.