Məhşur idman yazarı vəfat edib

Milliyət qəzetinin idman yazarı Ercan Güven infarkt keçirərək dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə Ntvspor.net saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə 1980-ci illərdən "Milliyət" qəzetində idman yazarı olan Güvəni gecə saatlarında infarkt keçirdikdən sonra edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Gənclər və İdman naziri Osman Aşkın Bak dünyasını dəyişən idman yazarı Ercan Güven üçün başsağlığı verib.