Məmmədyarov uduzdu, Rəcəbov 0,5 xalla kifayətləndi
Hollandiyada "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, Veyk-an-Zedə təşkil olunan yarışın növbəti günündə iştirakçılar 8-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun rəqibi Hindistan qrossmeysteri Vişvanatan Anand olub. Görüş şahmatçımızın məğlubiyyəti ilə yekunlaşıb.
Teymur Rəcəbov isə hollandiyalı Yorden Fan Forestlə xalı yarı bölüb.
20 yanvar 2019
"Tata Steel Masters"
8-ci tur
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Rixard Rapport (Macarıstan) - 1:0
Vişvanatan Anand (Hindistan) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Yan-Kristof Duda (Polşa) ⚪ - ⚫ Vladimir Kramnik (Rusiya) - 1:0
Liren Dinq (Çin) ⚪ - ⚫ Yan Nepomnyaşşiy (Rusiya) - 0,5:0,5
Santoş Qucrati Vidit (Hindistan) ⚪ - ⚫ Aniş Giri (Hollandiya) - 0,5:0,5
Yorden Fan Forest (Hollandiya) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Vladimir Fedoseyev (Rusiya) ⚪ - ⚫ Samuel Şanklend (ABŞ) - 1:0
Turnir cədvəli
1. Maqnus Karlsen (Norveç) - 5,5
1. Vişvanatan Anand (Hindistan) - 5,5
3. Yan Nepomnyaşşiy (Rusiya) - 5
3. Aniş Giri (Hollandiya) - 5
3. Liren Dinq (Çin) - 5
6. Teymur Rəcəbov (Azərbaycan) - 4,5
7. Santoş Qucrati Vidit (Hindistan) - 4
7. Yan-Kristof Duda (Polşa) - 4
9. Vladimir Fedoseyev (Rusiya) - 3,5
9. Samuel Şanklend (ABŞ) - 3,5
11. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 3
11. Rixard Rapport (Macarıstan) - 3
13. Yorden Fan Forest (Hollandiya) - 2,5
14. Vladimir Kramnik (Rusiya) - 2