Məmmədyarov Aronyanla sülh bağladı

ABŞ-da "Sinquefield Cup" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə iştirakçılar 4-cü tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tur çərçivəsində ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.

Qeyd edək ki, hazırda aktivində 2,5 xal olan Ş.Məmmədyarov liderliyə şərikdir.

21 avqust 2018
"Sinquefield Cup"
4-cü tur

Vişvanatan Anand (Hindistan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) - 1:0

Aleksandr Qrişuk (Rusiya) - Maksim Vaşe-Laqrav - 0,5:0,5

Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Turnir cədvəli:

1-5. Ş.Məmmədyarov - 2,5
1-5. F.Karuana - 2,5
1-5. M.Karlsen - 2,5
1-5. A.Qrişuk - 2,5
1-5. L.Aronyan - 2,5
6-7. M.Vaşe-Laqrav - 2
6-7. V.Anand - 2
8. U.So - 1,5
9-10. H.Nakamura - 1
9-10. S.Karyakin - 1