Məmmədyarov Aronyanla heç-heçə etdi
Almaniyanın paytaxtı Berlində şahmatçıların İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar -cu tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla qarşılaşacaq. İlk dövrədə xalları yarı bölən şahmatçımız, bu dəfə də heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.
20 mart 2018
ŞAHMAT, İddiaçılar Turniri
9-cu tur
U.So (ABŞ) - A.Qrişuk (Rusiya)
F.Karuana (ABŞ) - L.Dinq (Çin)
L.Aronyan (Ermənistan) - Ş.Məmmədyarov (Azərbaycan) 0,5:0,5
S.Karyakin (Rusiya) - V.Kramnik (Rusiya)