Məmmədyarov autsayderlə bacarmadı, Karuana zirvəyə yüksəldi

Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar növbəti oyun günündə 4-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Amerika şahmatçısı Uesli So ilə qarşılaşacaq. Üç oyundan sonra aktivində 2 xal olan qrossmeysterimiz bu görüşdə ağ fiqurlarla oynayacaq. Hazırda autsayder mövqeyində qarşılaşan U.So ilə dueldə Ş.Məmmədyarovu yalnız qələbə qane edəcək.

Görüşlər Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.


14 mart 2018
ŞAHMAT, İddiaçılar Turniri
4-cü tur

Aleksandr Qrişuk (Rusiya) - Liren Dinq (Çin) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Uesli So (ABŞ) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Fabiano Karuana (ABŞ) - 0:1
Sergey Karyakin (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0:1

Turnir cədvəli:

1. F.Karuana - 3
2-3. Ş.Məmmədyarov - 2,5
2-3. V.Kramnik - 2,5
4-6. L.Dinq - 2
4-6. A.Qrişuk - 2
4-6. L.Aronyan - 2
7-8. U.So - 1
7-8. S.Karyakin - 1