Məmmədyarov autsayderi üstələdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 8-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov autsayder mövqeyində qərarlaşan David Navara ilə üz-üzə gələcək.
Teymur Rəcəbovun rəqibi Sergey Karyakin olacaq.
Rauf Məmmədov isə Liren Dinqlə qarşılaşacaq.
Qarşılaşmalar saat 15:00-da başlanacaq.
27 aprel 2018
"ShamkirChess"
8-ci tur
Teymur Rəcəbov (Azərbaycan) ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) ⚪ - ⚫ Radoslav Voytaşek (Polşa) - 0:1
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0:1
Liren Dinq (Çin) ⚪ - ⚫ Rauf Məmmədov (Azərbaycan) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ David Navara (Çexiya) - 1:0
Turnir cəvdəli:
1. Maqnus Karlsen (Norveç) - 5,5
2. Liren Dinq (Çin) - 5
3-8. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 4
3-8. Radoslav Voytaşek (Polşa) - 4
3-8. Veselin Topalov (Bolqarıstan) - 4
3-8. Aniş Giri (Hollandiya) - 4
3-8. Teymur Rəcəbov (Azərbaycan) - 4
3-8. Sergey Karyakin (Rusiya)
9. Rauf Məmmədov (Azərbaycan) - 3,5
10. David Navara (Çexiya) - 2