Məmmədyarov Din Lijenə uduzdu
Berlində şahmat taçına İddiaçıların Turnirində bu gün 12-ci turun görüşləri olacaq.
Sportline.az xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Din Lijenlə üz-üzə gələcək. Rəqiblərin ilk dövrədəki görüşü heç-heçə ilə yekunlaşıb.
Turun görüşləri:
Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Fabiano Karuana (ABŞ) - 1:0
Vladimir Kramnik (Rusiya) - Uesli So (ABŞ) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Din Lijen (Çin) - 0:1
Qeyd edək ki, hazırda turnir cədvəlinə 7 xalla Sergey Karyakin və Fabiano Karuana başçılıq edir. Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Din Lijen hərəyə 6,5 xalla 3 - 5-cü yerləri bölüşür. Vladimir Kramnik 5,5 xalla 6-cı, Uesli So 5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir.
Martın 26-da keçiriləcək XIII turda So - Karyakin, Karuana - Aronyan, Məmmədyarov - Qrişuk, Lijen - Kramniklə görüşəcək.