Rəcəbov uduzdu, Məmmədyarov bərabərliyə razılaşdı
Hollandiyada "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, Veyk-an-Zedə təşkil olunan yarışın növbəti günündə iştirakçılar 9-cu tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun rəqibi Polşa qrossmeysteri Yan-Kristof Duda ilə sülh bağlayıb.
Teymur Rəcəbov isə rusiyalı Vladimir Fedoseyev ilə görüşdə xalsız qalıb.
22 yanvar 2019
"Tata Steel Masters"
9-cu tur
Samuel Şanklend (ABŞ) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) ⚪ - ⚫ Vladimir Fedoseyev (Rusiya) - 0:1
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ Yorden Fan Forest (Hollandiya) - 0,5:0,5
Yan Nepomnyaşşiy (Rusiya) ⚪ - ⚫ Santoş Qucrati Vidit (Hindistan) - 1:0
Vladimir Kramnik (Rusiya) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Yan-Kristof Duda (Polşa) - 0,5:0,5
Rixard Rapport (Macarıstan) ⚪ - ⚫ Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Turnir cədvəli
1. Maqnus Karlsen (Norveç) - 6
1. Vişvanatan Anand (Hindistan) - 6
1. Yan Nepomnyaşşiy (Rusiya) - 6
4. Aniş Giri (Hollandiya) - 5,5
4. Liren Dinq (Çin) - 5,5
6. Teymur Rəcəbov (Azərbaycan) - 4,5
6. Vladimir Fedoseyev (Rusiya) - 4,5
6. Yan-Kristof Duda (Polşa) - 4,5
9. Santoş Qucrati Vidit (Hindistan) - 4
9. Samuel Şanklend (ABŞ) - 4
11. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 3,5
11. Rixard Rapport (Macarıstan) - 3,5
13. Yorden Fan Forest (Hollandiya) - 3
14. Vladimir Kramnik (Rusiya) - 2,5