İlk gündə 5 heç-heçə

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" turnirinə start veriləcək. SportLine.az xəbər verir ki, iştirakçılar ilk gündə birinci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbov Veselin Topalovla, Rauf Məmmədov isə David Navara ilə münasibətləri aydınlaşdıracaq.

Bütün görüşlər saat 15:00-da başlanacaq.


19 aprel 2018
"ShamkirChess 2018"
1-ci tur

Veselin Topalov (Bolqarıstan) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Liren Dinq (Çin) ⚪ - ⚫Radoslav Voytaşek (Polşa) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
David Navara (Çexiya) ⚪ - ⚫ Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5