Məmmədyarov Karlseni məğlub edib çempion oldu
Şahmat üzrə "Accentus Biel" turniri sona yaxınlaşır. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 9-cu tur çərçivəsində Norveç qrossmeysteri Maqnus Karlsenlə qarşılaşıb.
Görüş Ş.Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da, azərbaycanlı zəka sahibi aktivindəki xalların sayını 7-ə çatdırıb və sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.
Turnir cədvəli:
1. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 7
2-3. Maqnus Karlsen (Norveç) - 5
2-3. Pyotr Svidler (Rusiya) - 5
4. Maksim Vaşe-Laqrav (Fransa) - 4,5
5. David Navara (Çexiya) - 4
6. Niko Giorgiadis (İsveçrə) - 1,5