Məmmədyarov Karlsenlə sülh bağladı

Norveçdə "Altibox" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə şahmatçılar 8-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar. 

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Rəqibindən 0,5 xal geri qalan Ş.Məmmədyarov qələbə qazanacağı təqdirdə zirvəyə yüksələ bilər. M.Karlsen isə mövqeyini möhkəmlətmək barədə düşünür.

Bütün görüşlər Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.


06 iyun 2018
"Altibox" turniri
8-ci tur

Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Uesli So (ABŞ) ⚪ - ⚫ Maksim Vaşe-Laqrav (Fransa) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) ⚪ - ⚫ Fabiano Karuana (ABŞ) - 0:1
Hikaru Nakamura (ABŞ) ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 1:0

Turnir cədvəli:

1-4. Uesli So (ABŞ) - 4
1-4. Maqnus Karlsen (Norveç) - 4
1-4. Hikaru Nakamura (ABŞ) - 4
1-4. Fabiano Karuana (ABŞ) - 4
5-7. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 3,5
5-7. Vişvanatan Anand (Hindistan) - 3,5
5-7. Levon Aronyan (Ermənistan) - 3,5
8. Sergey Karyakin (Rusiya) - 3
9. Maksim Vaşe-Laqrav (Fransa) - 2,5
10. Liren Dinq - 0