Məmmədyarovdan növbəti heç-heçə

Berlində şahmatçılar arasında İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 3-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu tur Amerika şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Ş.Məmmədyarov bu qarşılaşmada qara fiqurlarla oynayacaq. İki turdan sonra eyni xala sahib qrossmeysterlərin dueli gərgin mübarizə vəd edir.

Xatırladaq ki, Ş.Məmmədyarov 1-ci görüşündə Sergey Karyakin (Rusiya) üzərində qələbə qazanıb, 2-ci duelində isə erməni Levon Aronyanla xalları yarı bölüb.

Oyunlar bakı vaxtı ilə saat 18:00-da başlanacaq.


12 mart 2018
ŞAHMAT, İddiaçılar Turniri
3-cü tur

S.Karyakin - A.Qrişuk - 0,5:0,5
L.Aronyan - V.Kramnik - 0:1
F.Karuana - Ş.Məmmədyarov 0,5:0,5
U.So - D.Liren - 0,5:0,5

Turnir cədvəli:

1. Vladimir Kramnik - 2,5 (2809)
2. Şəhriyar Məmmədyarov - 2 (2800) 
3. Fabiano Karuana - 2 (2784)
4. Aleksandr Qrişuk - 1,5 (2794)
5. Liren Dinq  - 1,5 (2769)
6. Sergey Karyakin - 1 (2767)
7. Levon Aronyan - 1 (2763)
8. Uesli So - 0,5 (2799)