"Shamkir Chess"də daha 5 heç-heçə
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess" turniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar bu gün 3-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov Sergey Karyakinlə, Rauf Məmmədov Maqnus Karlsenlə, Teymur Rəcəbov isə Aniş Giri ilə üz-üzə gələcək.
Bütün görüşlər saat 15:00-da başlanacaq.
21 aprel 2018
Shamkir Chess 2018
3-cü tur
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Liren Dinq (Çin) ⚪ - ⚫ Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Şəhriyar Məmmədyarov ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 0,5:0,5
David Navara (Çexiya) ⚪ - ⚫ Radoslav Voytaşek (Polşa) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Qeyd edək ki, ilk üç turdan sonra bütün şahmatçıların aktivində 1,5 xal var.