Məmmədyarov Karyakinlə heç-heçə etdi
Norveçdə "Altibox" turniri davam edir. SportLine.az xəbər verir ki, şahmatçılar növbəti gündə 3-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya qrossmeysteri Sergey Karyakinlə qarşılaşacaq. İlk iki turda heç-heçə edən şahmatçıların dueli gərgin mübarizə vəd edir.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.
30 may 2018
Şahmat, "Altibox" turniri
3-cü tur
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Levon Aronyan (Ermənistan) - 1:0
Maksim Vaşe-Laqrav (Fransa) ⚪ - ⚫ Fabiano Karuana (ABŞ) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0,5:0,5
Uesli So (ABŞ) ⚪ - ⚫ Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
Turnir cədvəli:
1. Maqnus Karlsen (Norveç) - 2,5
2-8. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1,5
2-8. Maksim Vaşe-Laqravla (Fransa) - 1,5
2-8. Hikaru Nakamura (ABŞ) - 1,5
2-8. Liren Dinq (Çin) - 1,5
2-8. Uesli So (ABŞ) - 1,5
2-8. Vişvanatan Anand (Hindistan) - 1,5
2-8. Sergey Karyakin (Rusiya) - 1,5
9-10. Levon Aronyan (Ermənistan) - 1
9-10. Fabiano Karuana (ABŞ) - 1