Məmmədyarovdan 4-cü heç-heçə

Norveçdə "Altibox" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə şahmatçılar 5-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı Hikaru Nakamura ilə üz-üzə gələcək. 4 turdan sonra 1,5 xal toplayan Şah qələbə qazanacağı təqdirdə H.Nakamuranı arxada qoyacaq.

Günün bütün görüşləri Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.


02 iyun 2018
Şahmat, "Altibox" turniri
5-ci tur

Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Fabiano Karuana (ABŞ) ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
Maksim Vaşe-Laqrav (Fransa) ⚪ - ⚫ Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Turnir cədvəli:

1. Maqnus Karlsen (Norveç) - 3,5
2-5. Sergey Karyakin (Rusiya) - 2,5
2-5. Vişvanatan Anand (Hindistan) - 2,5
2-5. Hikaru Nakamura (ABŞ) - 2,5
2-5. Levon Aronyan (Ermənistan) - 2,5
6-9. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2
6-9. Fabiano Karuana (ABŞ) - 2
6-9. Maksim Vaşe-Laqrav (Fransa) - 2
6-9. Uesli So (ABŞ) - 2
10. Linq Diren - 1,5