Məmmədyarov qalib gəlib vahid lider oldu

Hollandiyanın Veyk-an-Zeye şəhərində "Tata Steel Chess" superturniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar ötən gün 6-cı tur çərçivəsində üz-üzə gəliblər.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu tur hindistanlı Adhiban Başkaranla münasibətləri aydınlaşdırıb. Qara fiqurlarla oynayan qorssmeysterimiz gərgin mübarizənin sonunda qələbə qazanıb.

Bununla da, xalını 4,5-ə çatdıran Ş.Məmmədyarov vahid lider olub. Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2-4-cü yerləri bölüşür.

Qeyd edək ki, Ş.Məmmədyarovun növbəti tur çinli Vey İ ilə qarşılaşacaq.