Məmmədyarov və Karuana qalib gəldi

Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri sona yaxınlaşır. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 13-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək. İlk dövrədə rəqibin müqavimətini qıra bilməyən qrossmeysterimiz zirvəyə yüksəlmək imkanlarını qorumaq üçün qələbəyə möhtacdır. Ancaq şahmatçımızla eyni xala sahib A.Qrişukun da qalib gəlmək üçün əlindən gələni edəcəyi dəqiqdir.

Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.


26 mart 2018
Şahmat, İddiaçılar Turniri
13-cü tur

Ş.Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ A.Qrişuk (Rusiya) - 1:0
L.Dinq (Çin) ⚪ - ⚫ V.Kramnik (Rusiya) 
U.So (ABŞ) ⚪ - ⚫ S.Karyakin (Rusiya) - 0,5:0,5
F.Karuana (ABŞ) ⚪ - ⚫ L.Aronyan (Ermənistan) - 1:0

Turnir cədvəli:

1. F.Karuana - 8
2-3. Ş.Məmmədyarov - 7,5
2-3. S.Karyakin - 7,5
4-5. A.Qrişuk - 6,5
4-5. L.Dinq - 6,5
6-7. V.Kramnik - 5,5
6-7. U.So - 5,5
8. L.Aronyan - 4