Məmmədyarov - Rəcəbov duelində sülh

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" turniri davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçılar 7-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov bu tur bir-birinə rəqib olacaq. Rəqibindən 0,5 xal geri qalan "Şah" qələbə qazanacağı təqdirdə T.Rəcəbovu arxada qoyacaq.

Ruaf Məmmədov isə Aniş Giri ilə üz-üzə gələcək.

Bütün görüşlər saat 15:00-da başlanacaq.


26 aprel 2018
"ShankirChess"
7-ci tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
David Navara (Çexiya) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0:1
Rauf Məmmədov (Azərbaycan) ⚪ - ⚫ Aniş Giri (Hollandiya) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Veselin Topalov (Bolqarıstan) - 1:0
Radoslav Voytaşek (Polşa) ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Turnir cəvdəli:

1. Maqnus Karlsen (Norveç) - 4,5
2-4. Veselin Topalov (Bolqarıstan) - 4
2-4. Liren Dinq (Çin) - 4
2-4. Aniş Giri (Hollandiya) - 4
5-7. Teymur Rəcəbov (Azərbaycan) - 3,5
5-7. Rauf Məmmədov (Azərbaycan) - 3,5
5-7. Sergey Karyakin (Rusiya) - 3,5
8-9. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 3
8-9. Radoslav Voytaşek (Polşa) - 3
10. David Navara (Çexiya) - 2